Ağdam rayon Heydər Əliyev Mərkəzində “Pis vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə qonaqlar mərkəzdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış olublar.

Daha sonra tədbir dəyirmi masa arxasında davam etdirilib. Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri haqqında danışılıb.

Tədbirin sonunda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən videoçarx nümayiş etdirilib.

Nurəddin