Türk xalqlarının mifik düşüncəsində təbiətin oyanışını müjdələyən, yazın, yaşıllığın səbirsizliklə gözlənilməsini tərənnüm edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzi kimi uzun əsrlər boyu yurdumuzda keçirilən bayramlardan biri Xıdır Nəbi bayramıdır. Bu bayram “Yazağzı Xızır”, “Xıdır İlyas”, yaxud “Qışyarısı” da adlanır.

Xıdır Nəbi, əsasən, Kiçik çillənin yarı olduğu ərəfədə, fevralın 9–11-ci günlərində keçirilir.

Fevralın 10-da Tovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı qeyd olunub. Böyük coşqu ilə keçən tədbirdə məclis iştirakçıları əl-ələ verərək musiqi sədaları altında yallı gedib, rəqs ediblər. Tədbir boyu göstərilən səhnəciklər, söylənilən şeir və haxıştalar izləyicilərdə xoş təəssüratlar yaradıb.

Nurəddin