“44 gün. Tarixi Zəfər” kitabının I və II cildləri Göyçayda şəhid ailələrinə təqdim olunub. Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdabdan olan şəhid ailələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova nəşr haqqında məlumat verib.
Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, Ermənistanın torpaqlarımızın işğalı zamanı əsir və girov götürdüyü, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddə nəzərdə tutulan kitabın iki cildi işıq üzü görüb. Nəşr layihəsi Respublika “Xatirə Kitabı” redaksiyası və Dövlət Təhlükəsizliyi Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə ərsəyə gətirilib.
Daha sonra çıxış edən şəhid ailələri onlara, müharibə veteranlarına və qazilərə göstərilən dövlət qayğısından söz açıblar. Sonda kitablar şəhid ailəsi üzvlərinə təqdim olunub.