Sentyabrın 30-da yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci sessiyası başlayıb. Payız sessiyasının ilk iş günündə, gündəlikdəki digər məsələlərlə yanaşı, Milli Məclisin komitələrinin tərkibinin formalaşması məsələsinə baxılıb, müvafiq qərarlar qəbul olunub.
Milli Məclisin qərarı ilə aşağıdakı deputatlar Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri seçiliblər: Abbasov Aqil Məhəmməd oğlu, Ağayeva Ülviyyə Cavanşir qızı, Akimova Elnarə Seydulla qızı, Alıyev Sahib Eyvaz oğlu, Aslanov Novruzəli Davud oğlu, Feyziyev Cavanşir Əyyub oğlu, Həmzəyeva Ülviyyə Tapdıq qızı, Məhərrəmzadə Əlibala Səttar oğlu, Rüstəmxanlı Tənzilə Yolçu qızı, Seyidzadə Şahin Kamil oğlu, Səfərov Nizami Abdulla oğlu, Zabelin Mixail Yuryeviç.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğludur.
Qeyd edək ki, parlamentdə 15 daimi komitə fəaliyyət göstərir.
Bundan əlavə, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Müvəqqəti komissiyanın vəzifə və səlahiyyətlərinə Milli Məclisin və ya Milli Məclis sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlərlə bağlı hallara dair hesabatların, bu istiqamətdə önləyici addımlara dair təkliflərin hazırlanması, bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi, qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından araşdırılması, təhlil edilməsi və Milli Məclisə təkliflərin verilməsi və s. aiddir.