İrlandiyanın “EU Reporter” mədəniyyət və xəbər portalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində şairə Xurşidbanu Natəvan (1832–1897) haqqında məqalə dərc olunub.

Mərkəzdən verilən məlumata görə, “Xurşidbanu Natəvan – Qarabağ xanlığının sonuncu şahzadəsi” sərlövhəli məqalə ilə yanaşı, portalda şairənin “Yanar canım, oğul, daim sənin nari-fəraqında”, “Ey dust, yararmı böylə iqrar?”, “Ey güli-süsən, səni bir Natəvan çəkmiş məgər?” şeirləri də ingilis dilində yayımlanıb.

Məqaləni ingilis dilinə mərkəzin Böyük Britaniya və İrlandiya ilə əlaqələr üzrə koordinatoru Nərmin Həsənova, şeirləri tanınmış ingilis tərcüməçisi Dorian Rottenberq çevirib.