“Kaspi” qəzetinin 130 illiyinə həsr olunmuş kitab
   
   Dekabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin 130 illiyi ilə əlaqədar konfrans keçirildi. Tədbirdə mətbuat tariximizdə özünəməxsus yeri olan nəşrin əlamətdar yubileyi ilə bağlı hazırlanan “Üç əsrin qəzeti” kitabı təqdim olundu.
   Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, çağdaş mətbuatımızın əsasını qoyan “Əkinçi“ qəzetinin, Həsən bəy Zərdabi irsinin layiqli davamçılarından biri də “Kaspi“ qəzeti olmuşdur. Bu mətbu orqanın Azərbaycan mətbuatı tarixində xüsusi yeri var. 1881-1919-cu illər ərzində Bakıda nəşr olunan “Kaspi“ təkcə jurnalistikamızın deyil, mədəniyyət və ictimai-siyasi fikir tariximizin də ayrılmaz tərkib hissəsi olub. 1999-cu ildən yenidən nəşr edilən “Kaspi“ mətbuat tariximizdəki ənənəsini davam etdirir.
   Tədbirdə “Kaspi“ qəzetinin təsisçisi Sona Vəliyeva, tədqiqatçı alim Səmayə Mövlayeva və başqaları çıxış edərək nəşrin 130 illik tarixinin önəmli məqamlarından söz açdılar.   

  Savalan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar