Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin aparıcısı Beynəlxalq Müəllimlər Gününün tarixi haqqında məlumat verib. Bildirilib ki, bu gün UNESCO-nun qərarı ilə 1966-cı ildə təsis edilib. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Sonra əlamətdar gün münasibətilə müəllimlərə təbriklər çatdırılıb edib, onlara əmək fəaliyyətində uğurlar arzulanıb.

Çıxışçılarda qeyd edilib ki, ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir.

Sonra musiqi məktəbinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini  ifa ediblər.

***

Baş idarənin S.Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbində müəllimlərin bayramına həsr olunan konsert keçirilib.

Tədbirdə mövzu ilə bağlı ətraflı məlumat verilib. Müəllimlər həyatını xalqın işıqlı gələcəyinə həsr edən, uşaqların layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayan peşə sahibi kimi səciyyələndirilib.

Konsertdə məktəbin müəllimlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

***

R.Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbində də Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirin aparıcısı təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Daha sonra çıxışçılar ölkəmizdə bu sahədə görülən işlərdən, müəllim əməyinə verilən yüksək qiymətdən və onların qazandığı uğurlardan danışıblar.

Sonda musiqi məktəbinin şagird və müəllimlərinin ifasında yerli və xarici bəstəkarların əsərləri əsasında konsert proqramı təqdim edilib.