Macarıstanda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin xatirəsi əbədiləşdirilib. Özbəkistan Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, şairin büstü Lakitelek şəhərində qoyulub.
Açılış mərasimində çıxış edənlər vurğulayıblar ki, Nəvainin büstünün ucaldılması təkcə dünya ədəbiyyatında xüsusi yeri olan şairin xatirəsinə hörmət deyil, həm də iki xalqı bir-birinə bağlayan və yaxınlaşdıran rəmzi körpüdür.
Nazirliyin yaydığı məlumatda o da deyilir ki, indiyədək Bakı, Moskva, Düşənbə, Astana, Tokio, Minsk, Şanxay, Seul kimi böyük şəhərlərdə və Türkiyənin bir neçə şəhərində Əlişir Nəvainin heykəli ucaldılıb.