Təşkilatla Heydər Əliyev Fondu arasında yeni memorandum imzalanıb

 

 

əvvəli səh. 1-də

Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar.

Layihənin məqsədi tələbə qızları lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Nümayəndə heyəti daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Leyla Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu ICESCO-nun 1991-ci ildən üzvüdür. Təşkilatla münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Fond ilə ICESCO arasında da sıx əməkdaşlıq mövcuddur. 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım olub.