Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamından sonra Gəncədə böyük mütəfəkkirin yubileyinə hazırlıq işləri daha da sürətləndirilib. Dahi şairin vətənində yeni Nizami mərkəzinin və Nizami muzeyinin bünövrələri qoyulub, böyük mütəfəkkirin məqbərəsi ətrafında 7 kilometr məsafədə əsaslı yenidənqurma işləri aparılıb.
   Bu günlərdə isə dahi şairin dünyanın müxtəlif ölkələrində saxlanılan əlyazmalarının surəti Gəncəyə gətirilib. Yubileyə hazırlıq üzrə işçi qrupunun üzvü, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin əməkdaşı Pərviz Pişnamazzadə deyib ki, Fransadan, Rusiyadan, Vatikandan və digər ölkələrdən gətirilmiş əlyazmaların surətləri Nizami muzeyində eksponat kimi nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar