Ensiklopedik məlumat kitabı nəşr edilib
   
   Yazıçı-publisist, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində çapdan çıxıb. Kitab XX yüzillikdə və XXI əsrin birinci onilliyində yazıb-yaradan müasir yazıçıların həyat və yaradıcılığı barədə ensiklopedik məlumat toplusudur.
   Kitabda öz əsərləri ilə milli-mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların biblioqrafik oçerkləri verilib. Sovet hakimiyyəti dövründə repressiyaya məruz qalmış, mühacirətdə - Türkiyə, İran, İraq, İngiltərə və başqa xarici ölkələrdə yaşayıb-yaratmış soydaşlarımızın həyat və yaradıcılığı haqqında oçerklər də kitaba daxil edilib.
   Xalq yazıçısı Anar kitaba “Dəyərli ədəbi salnamə” adlı “Ön söz” yazıb. 1037 səhifədən ibarət kitaba əlavə olaraq 59 səhifədən ibarət “Soraq kitabçası” da nəşr edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar