Yanvarın 26-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “İrəli” İctimai Birliyinin ədəbi məclisinin layihəsi çərçivəsində “Almanax” kitabının ikinci nəşri təqdim edildi.
   
   Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabda istedadlı gənc yazarların əsərlərinin yer aldığını bildirdi. Bu gənclərin 10-15 il sonra Azərbaycan ədəbiyyatında tanınmış yazıçılar olacağını dedi.
   Millət vəkili Ceyhun Osmanlı “İrəli” İctimai Birliyinin hər zaman kitab çapı, gənclərin maariflənməsi istiqamətində işlərə dəstək olduğunu vurğuladı. Millət vəkili, yazıçı Aqil Abbas gənc yazarlara yaradılan şəraitdən danışdı.
   Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev gəncləri təbrik edərək onlara dünya ədəbiyyatına yol açmaq üçün milli soy-kökə söykənib dünya səviyyəli əsərlər yazmağı arzuladı. Təqdimatda digər çıxış edənlər bu cür layihələrin həyata keçirilməsinin davamlı olmasını dilədilər.
   “Almanax” layihəsinin rəhbəri “İrəli” ədəbi məclisinin rəhbəri Orxan Muxtarlıdır. Kitabda 20-dən çox istedadlı gənc yazarın əsərləri, həmçinin filoloji təhlilləri, tərcümələri yer alıb.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar