Fevralın 21-də Yazıçılar Birliyinin “Natəvan” klubunda Rəsul Rza, Şahmar Əkbərzadə mükafatları laureatı, şair Ədalət Əsgəroğlunun “Xocam Xocalı” və “Aynasında buta” kitablarının imza günü keçirildi. Tədbiri Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq şairin yaradıcılığı haqqında məlumat verdi.
   Ədalət Əsgəroğlunun “Xocam Xocalı” kitabı ermənilərin Xocalıda törətdikləri soyqırımına həsr olunub. “Aynasında buta” kitabında isə müəllifin daha çox irfani şeirləri toplanıb.
   Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, katib Arif Əmrahoğlu, Xalq şairi Fikrət Qoca, şairlər Ənvər Əhməd, Ramiz Məmmədzadə, Vahid Əziz, Balayar Sadıq, kitabların işıq üzü gördüyü “Günəş” nəşriyyatının direktoru, yazıçı-publisist Oqtay Əliyev, tənqidçi-ədəbiyyatşünas Bəsti Əlibəyli və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirdilər. Sonda müəllif tədbirə qatılanlara öz minnətdarlığını bildirərək kitabdakı şeirlərindən parçalar oxudu. 

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar