Roman xalqımızın tarix və etnoqrafiyasından bəhs edir
   
   Yazıçılar Birliyinin üzvü Zakir Bağırın “Mənim atasız dünyam” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin roman, povest və hekayələri yer alıb. Bu, yazıçı-dramaturqun “Ata yadigarı”, “Hədiyyə”, “Şənlik-xalq mahnı və rəqs ansamblı” kitablarından sonra oxucularla dördüncü görüşüdür.
   “Mənim atasız dünyam” romanı xalqımızın tarixi, etnoqrafiyası və adət-ənənələrindən bəhs edir. Müəllif Azərbaycanda, XX əsrin əvvəllərindən başlayaraq, ictimai quruluşun müxtəlif səviyyədə cərəyan etməsini real lövhələrdə göstərməyə müvəffəq olub. Cənub bölgəsində ağa-bəylərin törətdiyi fitnə-fəsadlar, var-dövlət xətrinə doğmalarına belə zülm edən namərdlər Z. Bağırın qələmində özünün layiqli qiymətini alıb.
   “Bənövşə ömrü” sənədli povesti II Dünya müharibəsi qəhrəmanı Baloğlan Abbasova həsr olunub. Kitabdakı “Həsrət dolu baxışlar”, “İfşa” povestləri müasir həyatımızdan bəhs edir.
   “İfşa” povesti, “İlan balığı”, “Heç kim istəmirdi”, “İt”, “Məhv olunmuş şəhər”, “Sənsiz” hekayələri Qarabağ müharibəsinə həsr olunub. Kitabda yazıçının müxtəlif vaxtlarda yazdığı yumoristik və satirik hekayələri də yer alıb.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar