Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu qurumun orta ixtisas musiqi məktəb-studiyasının pedaqoji qiraəti keçirilib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov məktəb-studiyanın keçirdiyi elmi-praktiki konfranslar haqqında məlumat verib.
   Pedaqoji qiraətdə Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Tamilla Kəngərlinskayanın “Musiqiçi-şagirdlərin elmi-ifaçılıq müsabiqələrinin rolu haqqında” məruzəsi dinlənilib. Məruzədə şagirdlərdə ifa ilə yanaşı, bəstəkarlar haqqında müəyyən bilikləri aşılamağın vacibliyi nəzərə çatdırılıb.
   Tədbirdə məktəb-studiyası müəllimlərinin “İfa olunan əsərlərin bədii və struktur analizi”, “N.A.Rimski-Korsakovun romanslarının obraz və struktur təhlili”, “Musiqi məktəblərinin aşağı siniflərində violin üçün etüdlərin tədrisi”, “Pianistin musiqili-ritmik formalaşması” və s. mövzularda məruzələri dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar