Yazıçı-dramaturq Elçin Hüseynbəylinin Sumqayıtda “imza günü”
   
   Aprelin 7-də Sumqayıtda tanınmış yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin “Yol ayrıcında qaçış” romanının “imza günü” keçirilib. Sumqayıtın Tarixi Muzeyində şəhər ədəbiyyatsevərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Əli Kərim adına “Poeziya” klubunun direktoru, şair İbrahim İlyaslı “imza günü”nün, kitab təqdimatlarının gənclərin və şəhər ictimaiyyətinin bədii zövqünün inkişafına müsbət təsirindən danışıb. O, yazıçı həmkarını “90-cılar”ın parlaq nümayəndəsi kimi dəyərləndirərək onun əsərlərinin geniş oxucu kütləsinin rəğbətini qazandığını vurğulamışdır.
   Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, şair Ofelya Babayeva və başqaları Elçin Hüseynbəylinin yaradıcılığından söhbət açıblar.
   Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını öz imzası ilə oxuculara təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar