İyunun 19-dan Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində amerikalı şair, Pasifik Lüteran Universitetinin müəllimi Elison Mendevilin rəhbərliyi ilə Bakı və Gəncə şəhərlərində, eləcə də Quba və Xaçmaz rayonlarında yaşayan gənc qadın yazarlar üçün yaradıcı yazı üzrə seminar başlanıb.
   
   Seminar “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar, ədəbiyyat və cəmiyyət layihəsinin genişləndirilməsi; regionlardakı yaradıcı qadınlar” layihəsi çərçivəsində gerçəkləşir. İyunun 22-dək davam edən seminarın sonunda gənc yazarların yaradıcılıqlarını əhatə edən bədii qiraət gecəsi təşkil olunacaq.
   Layihənin məqsədi Azərbaycanda gender məsələlərinə ədəbi yanaşma və ədəbi mühitin inkişafına dəstək verməkdir. “Sönməz Məşəl” İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirib ki, layihə çərçivəsində keçiriləcək seminar və görüşlər ölkəmizdə ədəbi mühitin inkişafı və zənginləşməsinə yardımçı olacaq, xüsusən regionlarda yaşayan qadın yazarların peşəkarlığının artırılmasına, nümunələr və maarifləndirmə yolu ilə onların bilik və bacarıqlarının artırılmasına xidmət edəcək. Seminarlar zamanı hər bir iştirakçının ayrı-ayrı əsərləri ingilis dilinə tərcümə ediləcək, sonda Azərbaycan və Amerika yazıçılarının əsərlərindən ibarət Azərbaycan və ingilis dillərində ədəbiyyat toplusu nəşr olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar