Şabran Kitab Evində növbəti təqdimat
   
   İyulun 7-də Şabran Kitab Evində yazıçı-publisist Aydın Tağıyevin “Alma oğurlayan divlər” kitabının təqdimatı keçirilib. Şabran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
   “Şabran” qəzetinin redaktoru Çingiz Məmmədli yazıçının həyat və yaradıcılığından söz açıb. Müəllif Prezident təqaüdçüsü Aydın Tağıyev ziyalılara göstərdiyi diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.
   Kitabda yazıçının son illərdə qələmə aldığı, həyat həqiqətlərini əks etdirən hekayələri toplanıb. “Qanun” nəşriyyatında çap olunan kitaba yazıçı Mövlud Süleymanlı ön söz yazıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar