Ağdaş Rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı, publisist, jurnalist, ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyi münasibətilə tədbir keçirilib.
   Ədibin yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən gerçəkləşən tədbirdə çıxış edənlər Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi tanınan sənətkarın həyat və yaradıcılığından söz açıblar. Qeyd olunub ki, M.S.Ordubadinin “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” və ömrünün son illərində qələmə aldığı “Qılınc və qələm” romanları uzun illər Azərbaycan oxucularının sevdiyi, dönə-dönə mütaliə etdiyi əsərlər olub. Böyük yazıçının əsərlərinin əksəriyyəti bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu da yazıçının bənzərsiz istedadından xəbər verir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar