Dördcildlik sənədlər toplusu nəşr edilib
 
  
   Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 1918-1920-ci illərdə daşnak-bolşevik güruhu tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımılarına dair dördcildlik sənədlər toplusunun nəşri başa çatdırılıb.
   İnstitutdan bildiriblər ki, toplunun birinci cildinə 1918-ci ilin mart soyqırımına, ikinci cildinə isə Gəncə quberniyasında həyata keçirilmiş soyqırımına aid sənədlər daxil edilib. Nəşrin üçüncü cildi 1918-ci il mayın 29-da yaradılmış Ararat Ermənistan Respublikasının İrəvan quberniyasında törətdiyi qətliamlara dair sənədləri əhatə edir. Dördüncü cildə daxil edilən materiallar isə soyqırımı şahidlərinin xatirələrindən ibarətdir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar