Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialı ilə birgə Vaqif poeziya günü keçirib. Tədbir Mütəfəkkirlər parkında Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin heykəlləri qarşısında gerçəkləşib.
   
   Mərasimi Qazax Rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Gülayə Həsənova açaraq qeyd edib ki, Vaqif poeziya günləri ulu öndər Heydər Əliyevin 1982-ci ilin avqustunda imzaladığı sərəncama əsasən hər il keçirilir. Bu il həmin sərəncamın 30-cu ildönümüdür. Vaxtilə bu bayram tədbiri Qazaxdan başlayıb Şuşada yekunlaşardı. Təəssüf ki, mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, bu tədbiri Şuşada keçirə bilmirik. Tədbirdə çıxış edən AYB-nin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, lirik və qəlb şairi olan Vaqif sevdiyi gözəli göylərdə deyil, yerlərdə tapmış, bir rəssam dəqiqliyi ilə şeirlərində gözəllərin portretini yaratmışdır.
   Tədbirə toplaşan yerli şairlər Vaqifin şərəfinə yazdıqları şeirləri oxuyublar. Qazax Dövlət Dram Teatrının aktyorları musiqi sədaları altında şairin şeirlərini ifa ediblər. Mədəniyyət evinin gənc aşıqlarının ifasında şairin lirik şeirlərinin saz havası üstündə oxunması tədbirə əlavə rəng qatıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar