Avqustun 25-də Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Söhrab Tahirə həsr olunmuş sərgi keçirilib. Tədbirdə qeyd olunub ki, güneyli-quzeyli Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində yüksələn şairin yaradıcılığı poetik mübarizə yolu kimi doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, nisgilli ömürlüyüdür. Bizim gözümüzdə o, inqilabçı, döyüşkən Cənubi Azərbaycan xalqının timsalıdır. Bugünkü nəsil Söhrab Tahiri həmişə xeyirxah, nəcib, sözübütöv, cəfakeş, mərd və mübariz, xırda hislərdən uzaq görüb. Uca boyu, iti baxışları, şimşək gülüşləri ilə Zöhrab Tahir Cənubi Azərbaycan torpağının bir parçasıdır. Güney Azərbaycanında sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya kimi gəzən, varlığında işıq, inam, qələbə gəzdirən sənətkardır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar