Azərbaycan Turizm və Menecment Universitetinin elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti sayı çapdan çıxıb. Jurnala ATMU-nun Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə keçirdiyi “Regional turizmin davamlı inkişaf prioritetləri” beynəlxalq elmi-praktik konfransının materialları daxil edilib.
Məqalələrdə turizm potensialının yüksəldilməsinə təsir edən faktorlar analiz olunub, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin iqtisadi təhlili aparılıb, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq edilib. Jurnalda Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan və Ukraynadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmi və s. mövzularda araşdırma məqalələri də yer alıb.
ATMU-nun “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının əlavəsi - “Xüsusi buraxılış”ı da nəşr olunub. Hər il olduğu kimi, bu il də jurnalın əlavəsi magistr tədqiqatlarının nəticələrinin yayılması üçün nəzərdə tutulub. Topluda alternativ turizm və onun inkişaf yolları, turizmin inkişafında reklamın rolu, turizmdə marketinq və tədqiqat metodlarının tətbiqi, Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları, tarixi-mədəni abidələrin turizmin inkişafına təsiri və digər mövzularda 30 məqalə verilib.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar