Ankarada Tarixi Türk Ocağının konfrans salonunda II Beynəlxalq Mahmud Kaşqarlı Hekayə Müsabiqəsinin beynəlxalq mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. TÜRKSOY-un iştirakı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi müsabiqə bu il paralel şəkildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Krım, İran, İraq və Qaraçay-Balkarda gerçəkləşdirilib. Sonda isə müsabiqəyə Ankarada, beynəlxalq mərhələnin nəticələrinin müəyyənləşdirilməsi ilə yekun vurulub.
   Hekayə yarışmasının beynəlxalq mərhələsinin qalibi tanınmış Azərbaycan ədibi Əjdər Ol seçilib. Onun müsabiqəyə təqdim etdiyi “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb. İkinci yeri qırğız yazar Aydarbek Sarmanbetov tutub, üçüncülük qaraçay-balkarlı Müttəlib Beppayevə nəsib olub. Xüsusi mükafat isə qazax Devren Kuata verilib.
   Xatırladaq ki, Əjdər Olun «Qəzənfər müəllimgilin Şuşaya yürüşü» hekayəsi bundan əvvəl sözügedən beynəlxalq yarışmanın Azərbaycan üzrə keçirilən mərhələsində müəllifinə birincilik qazandırıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar