Yanvarın 29-da Yazıçılar Birliyinin “Natəvan” klubunda Təyyar Salamoğlunun “Müasir Azərbaycan ədəbiyyatı” kitabının “İmza günü” keçirildi. “Bayatı” kitab mağazasının təşkilatçılığı ilə gerçəkləşən tədbiri Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu açaraq müəllifin yaradıcılığı barədə məlumat verdi. Qeyd edildi ki, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu uzun illərdir ki, müasir Azərbaycan ədəbiyyatının tədqiqi ilə məşğuldur. Müəllifin “Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)”, “Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” və s. kitablarında toplanmış monoqrafik tədqiqat və məqalələri sovet dövrü və müstəqillik illərində yaranan ədəbi irsimizə yüksək elmi-nəzəri münasibətin və analitik düşüncənin məhsulu kimi müəllifə böyük nüfuz qazandırıb.
   Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, yazıçı-publisist Əlirza Xələfli və digər çıxış edənlər yeni nəşrin əhəmiyyətini qeyd etdilər. Bildirildi ki, kitab sovet dövrü Azərbaycan ədəbiyyatına baxışın konseptuallığı ilə xüsusi maraq yaradır. Müəllif ənənəvi dərsliklərdən fərqli olaraq müasir Azərbaycan ədəbiyyatını sovet dövrü ədəbiyyatı ilə bərabər, repressiya olunan və mühacirətdə yaşayan sənətkarların məcmusu kimi təqdim edir. Kitabın “Müasir Azərbaycan ədəbiyyatı” fənninin tədrisində əhəmiyyətli vəsait olacağı vurğulandı.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar