Dünən Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Zirəddin Qafarlının “Hardasan, ömrüm, günüm” adlı şeirlər kitabının təqdimatına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Elçin Hüseynbəyli şairin ilk şeirlərinin “Ulduz” jurnalında çap olunduğunu qeyd edərək ona daha da əzmlə çalışmağı tövsiyə etdi.
  
   Bildirək ki, Zirəddin Qafarlının sayca beşinci olan bu kitabının təqdimat mərasimi Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə reallaşdı. Tədbirdə çıxış edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, tənqidçi Vaqif Yusifli, İlyas Tapdıq, Musa Ələkbərli, Oqtay Rza, Mehdi Cəlal və başqaları Zirəddin Qafarlının yaradıcılıq yolundan danışdılar, onu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdilər.
   Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitabın redaktoru Əfqan Nurəddinoğlu, bədii redaktoru isə Samirə Məhəmmədqızıdır. Ön sözünün müəllifi isə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.
   ELMİN






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar