Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin qaydalarına bəzi dəyişikliklər edilib. Müsabiqənin rəsmi internet saytında dərc olunan xəbərə görə, Avropa Yayım Birliyi (EBU) təşkilat komitəsinin Serbiyanın paytaxtı Belqradda keçirilən görüşündə bir sıra məsələlər müzakirə edilib.
   
   Müsabiqənin qaydalarına edilən dəyişikliklərdən biri “Eurovision - 2011” üçün yazılan mahnıların oktyabrın 1-dək deyil, sentyabrın 1-dək müəyyənləşdirilməsidir.
   Bundan əlavə, “Eurovision-2011” müsabiqəsinin finalında 25 ölkənin yox, 24 ölkənin çıxış edəcəyi qərara alınıb. Həmçinin görüşdə Almaniyanın “Eurovision-2011” müsabiqəsini keçirməyə namizəd olan 4 şəhərinin (Berlin, Düsseldorf, Hamburq və Hannover) rəsmi təqdimatı keçirilib.
   Təşkilat komitəsi bu günlərdə müsabiqəyə hansı şəhərin ev sahibliyi edəcəyini müəyyənləşdirəcək. “Eurovision-2011” mahnı müsabiqəsinin yarımfinallarının gələn il mayın 10-u və 12-də, finalının isə mayın 14-də keçirilməsi təsdiqlənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar