2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış türk dramaturqu Tuncər Cücənoğlunun «Uçqun» əsəri tamaşaya qoyuldu. Əgər «Uçqun» teatr binasının təmirə bağlandığı dönəmdə deyil, tamaşaların doğma səhnədə müntəzəm oynanıldığı zamanda təhvil verilsəydi, yəqin ki, bu əsər ən azı, həyata, insanlara münasibətinə görə daha populyar olardı. Hər halda bizim ana teatrın repertuarındakı bu əsərin öz layiqli şöhrətini tapmaq imkanı hələ tükənməyib. 
   
   «Uçqun»un müəllifi Tuncər Cücənoğlunu Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları arasında görəndə onunla ayaqüstü də olsa, söhbət etmək fürsətini qaçırmadıq.
   - Tuncər bəy, sizi Bakıda xoş gördük.
   - Sağ olun, bu, mənim Bakıya ikinci gəlişimdir, birinci dəfə «Uçqun»un premyerasında gəlmişdim. İndi də konfrans iştirakçısıyam.
   - Sizcə, teatr problemlərinə həsr olunmuş belə bir konfransın əhəmiyyəti nədədir?
   - Əvvəlcə onu deyim ki, belə bir konfransın keçirilməsi çox yaxşı fikirdir. Görün, haralardan, Amerikadan ta Çinədək nə qədər insan Bakıya gəlib. Azərbaycanın dövlət müstəqilliyini əldə edəndən sonra teatrın, bütövlükdə mədəniyyətin tam qüvvəsini toplayıb inkişaf etməsi üçün 15-20 il çox qısa müddətdir. İnkişafdan ötrü vaxt lazımdır. Üstəlik, sovet dönəmində müttəfiq respublikaların milli mədəniyyəti birlikdə, bir-birindən qidalanaraq inkişaf edirdi, amma ittifaq dağılandan sonra bu münasibətlər də kəsildi. İndi sizin Mədəniyyət və Turizm Nazirliyinizin keçirdiyi konfrans həm o dövrün itirilmiş mədəni əlaqələrini bərpa etmək, həm də bu əlaqələri genişləndirmək məqsədi daşıyır. Azərbaycan özünün necə mədəni ölkə olduğunu dünyaya göstərməklə siyasətdəki uğurlarını artırır. Bu, çox düzgün yoldur. Ölkələr arasında münasibətləri genişləndirənlər, siyasi anlaşmalara yol açanlar mədəniyyətlə bağlı olanlardır!
   - Elədir. Bəs Azərbaycan mədəniyyəti, insanları barədə nələri deyərsiniz?
   - Sizin ölkəniz savadlı insanların ölkəsidir. Əhalinin çoxu mükəmməl təhsil görüb. Bu ölkədə klassik musiqini dinləyən, bir neçə dil bilən insanlar çoxdur. Zatən Azərbaycan çox güclü bir ölkədir, amma daha da güclənəcək, dünyanın ulduzlarından biri olacaq.
   - Tuncər bəy, Bakıya ilk gəlişinizdə yalnız öz əsərinizin tamaşasını seyr etmişdiniz, amma bu dəfə çağdaş Azərbaycan teatrının siması ilə tanışlıq fürsətiniz oldu. Bir dramaturq kimi bizim teatrı necə gördünüz?
   - Bakıda bir neçə tamaşaya baxdım. Bir də Azərbaycan teatrı Türkiyədə qastrolda olarkən, festivallarda çıxış edərkən tamaşaları seyr etmişdim. Azərbaycan teatrı rus teatr məktəbi, Stanislavski məktəbi üzərində qurulub. Bu məktəbi isə bütün dünya qəbul edir. Mən inanıram ki, Azərbaycan teatrı belə möhkəm təməl üstündə daha da inkişaf edəcək.
   
   Söhbətləşdi:
   Gülcahan Mirməmməd






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar