Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq balet festivalında ölkəmizi Bakı Xoreoqrafiya Akademiyasının (BXA) baş müəllimi, Xalq artisti Yusif Qasımov, tələbələr Tehran Mustafayev və Nərmin Quliyeva təmsil ediblər.
   BXA-dan bildiriblər ki, festivalda iştirakçılar klassik, milli və müasir rəqs nömrələrini təqdim ediblər.
   On altı ölkədən iştirakçıların qatıldığı beynəlxalq tədbirdə Azərbaycan rəqqasları “Naz eləmə” və “Azərbaycan süitası” nominasiyalarında çıxış edib, festivalın “Dörd ölkənin ən yaxşı rəqsi” müsabiqəsinin diplomları və kubokla mükafatlandırılıblar.