Aprelin 28-30-da Bakıda təşkil olunacaq 9-cu Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisində Türkiyə, ilk dəfə olaraq, tərəfdaş ölkə qismində iştirak edəcək. Türkiyə səfirliyindən aldığımız məlumata görə, sərgidə Türkiyənin tarixi, mədəniyyət və turizm kompleksləri iştirakçılara və turizm sektoru təmsilçilərinə nümayiş olunacaq.
   Türkiyə turizm sektorunun təbliği məqsədilə 2010-cu ildə 59 ölkədə, o cümlədən dünya turizmi üçün böyük əhəmiyyətə malik Almaniya, Rusiya, Hollandiya, İngiltərə, İtaliya, İspaniya kimi ölkələrdə təşkil olunacaq 145 sərgidə iştirak edəcək. Sərgilərdə 2010-cu ildə İstanbulun Avropa Mədəniyyət Paytaxtı olması ilə bağlı bu şəhərdə təşkil olunacaq müxtəlif mədəni tədbirlər barədə məlumat veriləcək.