“DokuBaku” VII Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizə qəbulu elan edilib. Builki buraxılışın əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri”dir.
Festival sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq yollarına dair araşdırmaları bölüşməkdir.
Festival “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarwin: ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə keçiriləcək.
Mayın 25-dən başlayacaq müraciət üçün son tarix iyulun 25-dir. Seçilən filmlər avqustun 25-də elan ediləcək.