Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində dünya şöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.

İtaliyalı opera ifaçıları ilə eyni səhnəni bölüşən Afaq Abbasova konsert proqramında məşhur soprano Martina Serafinlə birgə çıxış edib. Tanınmış italiyalı aktyor və rejissor, “Oskar” mükafatı laureatı Ciankarlo Ciannini tədbirdə çıxış edərək Puççininin operalarındakı ariyalarla bağlı fikirlərini bölüşüb.

Konsertə dair təəssüratlarını dilə gətirən Əməkdar artist çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu bildirib, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.