F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı tövsiyə biblioqrafiyası hazırlanıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan tövsiyə göstəricisinə 57 adda ədəbiyyat daxil edilib. Bunlardan 51-i tammətnlidir. 2004-2023-cü illəri əhatə edən ədəbiyyat Azərbaycan və rus dillərindədir. Girişdə mövzu haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan olunur.

Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

Aşağıda qeyd olunan link vasitəsilə tövsiyə göstəricisi ilə tanış ola bilərsiniz.

https://clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/susa-turk-dunyasinin-m-d-niyy-t-paytaxti