Bu gün saat 12:00-da Bakı Kitab Klubunda yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” kitabının təqdimatı keçiriləcək. Qeyd edək ki, kitaba eyniadlı roman daxil edilmişdir. Xatırladaq ki, 90-cı illərin sonunda Varisin baş redaktoru olduğu “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı zaman kəsiyində bütün ölkədə populyarlıq qazandı. Yeni təqdim olunan kitab “Sonuncu ölən ümidlərdir” əsərinin qəhrəmanlarının sonrakı taleyini də özündə əks etdirən roman variantıdır. 352 səhifəlik kitab “Nurlan” nəşriyyatında 10000 tirajla çap olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar