Bugünlərdə 5 mindən çox kiçikhəcimli kitabın toplandığı Miniatür Kitab Muzeyində dəyərli eksponata çevriləcək daha bir kitabın təqdimatı keçirilib.İndiyə qədər Azərbaycan mədəniyyətinin bir çox tanınmış simaları haqqında miniatür nəşrlər hazırlamış muzey, bu dəfə görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinə müraciət edib. ”Gözlənilməz məhəbbət” adlandırılmış bu hekayələr kitabının təqdimatında yazıçının oğlu, baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Qazaxıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, o cümlədən bir çox tanınmış mədəniyyət xadimləri iştirak ediblər. Təqdimatda ilk olaraq muzeyin direktoru Zərifə Salahova çıxış edərək yeni kitab haqqında məlumat verib. O, nəfis şəkildə hazırlanmış bu miniatür kitabın 150 nüsxə olduğunu bildirib. Kitaba yazıçının beş hekayəsi daxil edilib. 40x45mm ölçüdə olan kitab 340 səhifədən ibarətdir. Muzey rəhbəri onu da qeyd etdi ki, kitaba 6 fotoşəkil və İlyas Əfəndiyevin portreti də yerləşdirilib. Rəsmlərin müəllifi isə Əməkdar rəssam Aydın Hüseynovdur. Tədbirdə çıxış edən Elçin Əfəndiyev atasının xatirəsinə həsr edilmiş bu kitaba görə muzey kollektivinə dərin təşəkkürünü bildirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə öz çıxışında bu nəşrin muzeyin ən qiymətli eksponatlarından birinə çevriləcəyini söylədi.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar