“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” kimi maraqlı romanları ilə Azərbaycanda və onun hüdudlarından kənarda şöhrət qazanmış yazıçı Kamal Abdullanın yeni kitabı çapdan çıxıb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı hekayələr toplanmışdır.Özünəməxsus süjet yaradıcılığı və təhkiyə üslubu ilə seçilən müəllifin bu hekayələri çağdaş Azərbaycan nəsrinin son dərəcə maraqlı nümunələrindəndir.Psixoloji intriqa, mədəni-tarixi işarə və simvolların kulturoloji aspektdə mətnə gətirilməsi, mifoloji metafora Kamal Abdulla nəsrinin səciyyəvi cəhətlərindəndir. Yazıçının bizə tanış romanlarının arxitektonikasında bu hekayələrin rolu aydınca hiss olunur. “Qərar, “İstintaq”, “Çəngəl çiçəyi”, “Adaşlar” və sairə hekayələrin toplandığı kitab “Mütərcim” nəşriyyatında çap edilmişdir.   

   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar