Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin 85 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
   Şuşada uşaq incəsənət və musiqi məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə 1932-ci ildə açılıb. Məktəbin məzunları arasında Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər tanınmış sənətkarlar olub.
   Şuşanın düşmən tərəfindən işğal olunmasına baxmayaraq məktəbin kollektivi və yetirmələri ruhdan düşmür, Şuşanın və məktəbin adını təkcə ölkəmizdə deyil, bir çox beynəlxalq müsabiqələrdə şərəflə təmsil edir.
   1984-cü ildən maestro Niyazinin adını daşıyan məktəbin “Təbəssüm” rəqs qrupu qatıldığı bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib, mükafatlar qazanıb.