Martın 13-də “Pullman Baku” (keçmiş “Kempinski Badamdar”) hotelində “Pullman Art Gecələri” tədbirinin açılışı keçirilib. 
   Tədbirlər silsiləsi dünya üzrə Pullman brendinə məxsus hotellərin incəsənətlə bağlılığını nümayiş etdirmək məqsədi daşıyır. Bu imkan muzeyləri gəzməyə boş vaxtı olmayan qonaqlara hotelin içində incəsənət nümunələri ilə tanış olmaq üçün yaradılıb. 
   “Pullman Art Gecələri” çərçivəsində Azərbaycanın məşhur avanqardist rəssamı Cavad Mircavadovun və onun həyat yoldaşı Rübabə Mircavadovanın sərgisi keçirilib. 
   Qeyd edək ki, Rübabə Mircavadova ədəbiyyat və incəsənət sahəsində həyata keçirdiyi işlərə görə "Şevalye" fransız ordeni ilə təltif olunub.