Festivalda azərbaycanlı rəssam da iştirak edir
   
   Daşkənddə beynəlxalq tətbiqi incəsənət festivalı keçirilir. Türkiyə, Çin, Rusiya, Yaponiya, İran, Türkmənistan, Qazaxıstan və digər ölkələrdən gənc və professional rəssamların, sənətşünasların qatıldığı tədbirdə ölkəmizi rəssam Vüqar Əliyev təmsil edir. O, gənc rəssamlara ustad dərsləri keçəcək.
   Festivalda incəsənətin müxtəlif növləri - teatr, milli musiqi mədəniyyəti, bədii tikmə, heykəltəraşlıq, qrafika, nəqqaşlıq, dekorativ-tətbiqi sənət, keramika və s. nümayiş etdirilir.
   Qonaqlar qədim Buxara və Səmərqənd şəhərlərində olub, tarixi abidələrə baxıblar.
   Festival aprelin 21-də başa çatacaq.