Dünya şöhrətli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markes 6 mart 1928-ci ildə Kolumbiyada Arakataka şəhərində anadan olub. Ailədə nə az - nə çox, 16 uşaq olublar. Qabriel onlardan ən böyüyü idi. 1947-ci ildə “El Espektador” adlı qəzetdə Qarsiya Markesin ilk əsəri olan “Üçüncü sadəlik” işıq üzü görür. Həmin il Qarsia Markes Boqoto Universitetinin hüquq fakültəsinə daxil olur.
   1948-ci ildə Kolumbiyada vətəndaş müharibəsi başlayır. Qarsia Markes Boqotodan Kartaxena şəhərinə gəlir, buradakı yerli universitetdə oxumağa davam edir və “Universal” adlanan qəzetdə işləyir. 1950-ci ildə isə hüquq fakültəsini tərk edir və jurnalistika sahəsində fəaliyyət göstərməyə başlayır. 1954-cü ildə Boqotaya qayıdır və “El Espektador” qəzetində işləməyə davam edir.
   1958-ci ildə onun “Polkovnikə heç kim yazmır” povesti dərc olunur. Povestdəki hadisələr 1956-cı ildə baş verir, bütün hadisələr bilinməyən şəhərdə cərəyan edir.
   Həmin il yazıçı Mersedes Barça ilə ailə həyatı qurur. 1959-cu ildə Kolumbiya festivalı çərçivəsində “Düşmüş yarpaq” povesti yaranır, “Arzuolunmaz saat” romanını bitirir. 1961-ci ildə Markes jurnalistikanı tərk edərək özünün daima yaşaya biləcəyi Mexikoya gəlməyi qərarlaşdırır.
   1962-ci ildə onun “Arzuedilməz saat” romanı İspaniyada “Esso” mükafatına layiq görülür, buna görə yazıçının əleyhinə şüarlar qalxır. “Böyük ananın dəfni” adlanan məcmuə işıq üzü görür. 1967-ci ildə işıq üzü görən “100 il tənhalıqda” romanı yazıçıya dünya şöhrəti gətirir. Əsər bir çox dillərə tərcümə olunur. 1975-ci ildə “Patriarxın payızı” da geniş rezonans doğurur.
   1985-ci ildə “Taun xəstəliyi zamanı sevgi” romanı, 1989-cu “Öz labirintində olan general” romanı, 1992-də “İyirmi səyyahın nağılı” məcmuəsi, iki il sonra “Sevgi və başqa şeytanlar” , 1996-cı ildə “Qaçırılma haqqında məlumat” işıq üzü görür.
   Yazıçının son əsərlərindən biri 2004-cü ildə yazdığı “Mənim kədərli rəfiqələrimdən xatirələr” romanıdır.