Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinooperator Teyyub Axundovun (1920-1991) şəxsi arxiv fondu yaradılıb.
Fonda sənətkarın yaradıcılığı ilə bağlı fotosənədlər, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib.
Teyyub Axundov “Görüş” (1955), “Mahnı belə yaranır” (1957), “Onu bağışlamaq olarmı?” (1959), “Mollanın sərgüzəşti” (1960), “Romeo mənim qonşumdur” (1963), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967), “Şərikli çörək” (1969), “Qatır Məmməd” (1974), “Tütək səsi” (1975), “Birisigün, gecəyarısı…” (1981) və başqa bədii filmlərin təsvir rejissoru (quruluşçu operatoru) olub.